Milanda Azərbaycan şairlərinin şeirlərindən ibarət kitabın təqdimatı keçiriləcək
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibləri xalq şairi Fikrət Qoca və Rəşad Məcid fevralın 7-dən 10-dək İtalyanın Milan şəhərində olacaqlar. SİA-nın məlumatına görə, ədiblərimiz bu şəhərə Cüzeppe Verdi adına Milan Konservatoriyasının professoru Davide Qualtleri tərəfindən hazırlanmış Azərbaycan şairlərinin şeirlərindən ibarət kitabın təqdimat mərasimində iştirak etmək üçün dəvət alıblar.
Kitaba daxil edilən şeirlər, əsasən Qarabağ mövzusundadır. Hər şeir həm Azərbaycan, həm də italyan dillərində dərc edilib. Kitabın hazırlayan italyan sənət adamları 2013-cü ildə iki dəfə Azərbaycanda olmuş və qarşılıqlı surətdə ölkəmizdən gedən kiçik heyət də Milan Konservatoriyasının müəllim və tələbələri ilə görüşüb.
Qeyd edək ki, kitabdakı şeirlərin bir çoxuna italyan bəstəkarları tərəfindən musiqi bəstələnib. Səfər çərçivəsində şairlərimiz fevralın 8-də Cüzeppe Verdi adına Konservatoriyada Azərbaycan və İtaliya musiqiçilərinin birgə çıxış edəcəkləri "Nuhun gəmisidir yer üzü" mövzusunda musiqi proqramının təqdimatında da iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB