Nəzrin Rəşidovanın Fransada və Böyük Britaniyada konsertləri olacaq
Tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın fevral və mart aylarında Fransada və Böyük Britaniyada çıxışları nəzərdə tutulub. SİA-nın məlumatına görə, Nəzrin Rəşidova fevralın 24-də Fransanın Paris şəhərində Müqəddəs Rox Kilsəsində, ayın 26-da isə Londonda "St. John’s Smith Square" məkanında çıxış edəcək. Bu çıxışlar Xocalı faciəsi qurbanlarının xatirəsini anma münasibətilə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunmuş mərasimdə baş tutacaq.
Qeyd edək ki, Nəzrin Rəşidova martın 12-də isə Londonun "King’s Place" məkanında "Arzular" diskini təqdim edəcək. Azərbaycanlı skripkaçının məşhur gitaraçı Stanislav Hvartçilkov ilə əməkdaşlığının debütü olan bu albomda XX əsr Azərbaycan mahnı klassiklərinin əsərləri toplanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB