Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə təntənəli bayram tədbiri keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə təntənəli bayram tədbiri keçiriləcək

Bu il Azərbaycanın və Şərqin ən qədim diyarlarından biri, çoxəsrlik dövlətçilik ənənələri ilə həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadan, çoxlu sayda görkəmli elm xadimləri, sənətkarlar, tarixi şəxsiyyətlər yetişdirən, ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayan Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi tamam olur. SİA-nın verdiyi xəbərə görə, bu münasibətlə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən təntənəli bayram tədbiri təşkil ediləcək.

Qeyd edək ki, tədbir fevralın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə