“Eurovision-2014” mahnı müsabiqəsinin aparıcıları müəyyənləşib

“Eurovision-2014” mahnı müsabiqəsinin aparıcıları müəyyənləşib

Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin aparıcıları müəyyənləşib. SİA-nın "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən xəbər verir ki, yarışmanı Nikolay Koppel, Pilou Asbek, Liz Rönni aparacaqlar.

Nəzərinizə açtdıraq ki, Nikolay Koppel və Liz Rönni Danimarka Yayım Korporasiyasında çalışırlar. Pilou Asbek üçün isə "Eurovision-2014" debüt olacaq. Televiziya aparıcılığı onun üçün yeni olsa da, aktyor kimi böyük təcrübəyə malikdir.

Qeyd edək ki, "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq olaraq mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq. Azərbaycan təmsilçisi yarışmanın birinci yarımfinalında mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə