Muğam müsabiqəsinin qalibləri konsert verəcək

Muğam müsabiqəsinin qalibləri konsert verəcək

Fevralın 5-də Beynəlxalq Muğam Mərkəzində IV muğam televiziya müsabiqəsinin qaliblərinin iştirakı ilə konsert olacaq. SİA-nın məlumatına görə, konsertdə Mirpaşa Şükürov, Sərxan Bunyadzadə, Ayşən Mehdiyeva, Xətai Hacıyev, Ramiq Bayramlı, Babək Quliyev, Gülnar Qüdrətli, Zümrüd Məmmədova çıxış edəcəklər. Nəzərinizə açtdıraq ki, ifaçıları xalq artisti, tarzən Adil Bağırovun bədii rəhbərliyi ilə Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı müşayiət edəcək.

Qeyd edək ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş "Gəncliyin səsi" festivalı çərçivəsində reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə