Londonda yaşayan tanınmış azərbaycanlı skripkaçı Səbinə Rakçeyeva konsertlər verəcək. SİA-nın verdiyi xəbərə görə, fevralın 11-də Səbinə Rakçeyevanın Belçikanın Brüssel şəhərində konserti olacaq. Onun fevralın son günlərində Fransanın Paris və Böyük Britaniyanın London şəhərlərindəki çıxışları isə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr ediləcək.
Səbinə martın 8, 11, 18 tarixlərində müvafiq olaraq Böyük Britaniyanın York, London, Bristol şəhərlərində çıxış edəcək.
Tanınmış skripkaçı Səbinə Rakçeyevanın aprelin 5-də Böyük Britaniyanın Kembric şəhərində, aprelin 22-dən 28-dək isə Polşada konsertləri nəzərdə tutulub.
Qeyd edək ki, musiqiçi mayın 1-2 və 11 tarixlərində Böyük Britaniyanın London, ayın 24-də Norviçdə konsert verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB