Fevralın 7-də London Kral Kollecində Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək Azərbaycan axşamı çərçivəsində "Arşın mal alan" filmi nümayiş etdiriləcək. SİA-nın verdiyi xəbərə görə, filmin nümayişi Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, ASAİF-in (Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu) və AAC-nin dəstəyi ilə baş tutacaq.
Qeyd edək ki, "Arşın mal alan" filmi 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilib. Film Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa olunub və rənglənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB