“Gəncliyin səsi” incəsənət festivalı keçirilir

“Gəncliyin səsi” incəsənət festivalı keçirilir

26 yanvar-7 fevral 2014-cü il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "2 fevral - Gənclər Günü"nə həsr edilmiş "Gəncliyin səsi" incəsənət festivalı keçirilir. SİA-nın məlumatına görə, gənclərin iştirakı ilə muğam və klassik konsertlərin, sərgilərin təşkil olunduğu Festival çərçivəsində, gənc ədiblər Fərid Hüseyn, Vüsal Nuru, Xəyal Rza, Elşad Ərşadoğlu, Vəfa Mürsəlqızı, Günel Şamilqızı, Arzu Hüseyn və Ramil Əhmədin iştirakı ilə "Poeziya saatı" keçiriləcək.

Qeyd edək ki, festival fevralın 5-i saat 12:00-da Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında baş tutacaq. Maraqlananlar dəvət olunur, giriş sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə