Fevralın 4-də Bakı Uşaq Teatrı Suraxanı rayonunda yerləşən Q. Abbasov adına mədəniyyət sarayında "Qeyri-adi məhkəmə" tamaşasını nümayiş etdirəcək. SİA-nın məlumatına görə, Ədliyyə Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşa QİÇS ilə bağlı maarifləndirici xarakter daşıyır.
Nəzərinizə çatdıraq ki, tamaşa interaktiv üslubda – seminar-tamaşa janrında hazırlanıb. Səhnə əsərinin ssenari müəllifi Arzu Soltan, quruluşçu rejissoru isə teatrın direktoru və bədii rəhbəri İntiqam Soltandır.
Qeyd edək ki, tamaşa respublika ərazisində yerləşən bütün cəzaçəkmə müəssisələrində uğurla nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB