“Böyük səhnə” Beynəlxalq vokal layihəsinin münsiflər heyəti layihə iştirakçılarını seçib
"Böyük səhnə" Beynəlxalq vokal layihəsinin münsiflər heyəti layihədə nəzərdə tutulmuş 12 iştirakçı yerinə 14 nəfər seçilib. SİA-nın məlumatına görə, "Böyük səhnə" Beynəlxalq vokal layihəsinin qalibi bu ilin mayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.
Əməkdar Mədəniyyət İşçisi, Heydər Əliyev Sarayının baş rejissoru Gülçöhrə Şəfiyeva, Azərbaycanın caz ifa edən ilk xanım müğənnilərindən olan Tünzalə Qəhrəman, əməkdar artist Sevda Ələkbərzadə, müğənni İlhamə Qasımova və İTV telekanalının aparıcısı Saleh Bağırovun şəxsində münsiflər heyəti iki ifaçını diqqətdən kənarda saxlaya bilməmiş və nəticədə şounun iştirakçıları 14 nəfər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB