Sevilən aktyor Ruslan Sabirli ölkəni tərk edir. Bu haqda SİA-ya aktyorun özü məlumat verib: "Bildiyiniz kimi "Sənə inanıram" serialında baş rolda oynayıram. Artıq çəkilişlər yekunlaşıb. Serialın özü aprel ayına qədər davam edəcək. Mən isə kurslara görə mart ayının 2-də Almaniyaya gedəcəm. İnanıram ki, uğurlu səfərlərdən olacaq. Oradan qayıtdıqdan sonra tamaşaçılara səviyyəli layihələr təqdim edəcəm. Burada həm rejissorluq, həm aktyorluq, həm də film prodakşınlarla görüş nəzərdə tutulur. Nə zaman dönəcəyimi dəqiq bilmirəm. Ancaq onu deyim ki, təxminən bir ay orada qalmaq ehtimalım var".
Qeyd edək ki, aktyor Ruslan Sabirli "Sənə inanıram" serialında baş rolu ifa edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB