Bakıda “Qarik Sukaçev” sənədli filminin təqdimatı keçiriləcək
Ötən ilin noyabrında Moskvada "Buta Films" studiyasının ekranlaşdırdığı "Qarik Sukaçev" sənədli filminin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, yaxın vaxtlarda bu sənədli filmin Bakıda da təqdimatı olacaq.
Nəzərinizə çatdıraq ki, filmin rejissoru Maksim Vasilenko, prodüserləri Nəsib Piriyev və Mariya İvanovadır.
Qeyd edək ki, Rusiyada bir neçə nəslin sevimlisi, musiqiçi və rəssam Qarik Sukaçevdən bəhs edən filmdə onun dostlarının da fikirləri yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB