Azərbaycanlı pianoçu Böyük Britaniyanın konsert verəcək

Azərbaycanlı pianoçu Böyük Britaniyanın konsert verəcək

Azərbaycanlı pianoçu Günel Mirzəyeva Böyük Britaniyanın Donkaster şəhərində konsert verəcək. SİA-nın məlumatına görə, konsert proqramı "The Ackworth" Konsert Cəmiyyətinin təşkilatçılığı ilə fevralın 8-də baş tutacaq.

Nəzərinizə çatdıraq ki, pianoçumuz İ.Bax, S.Prokofyev, S.Qubaydulina və F.Şubert kimi dünya şöhrətli bəstəkarların əsərlərini səsləndirəcək.

Qeyd edək ki, Böyük Britaniyanın "South Yorkshire Times" qəzeti keçiriləcək konsert haqqında məlumat dərc edib.

Bütün xəbərlər Facebook səhifəmizdə