Xəstə uşaqlara kömək məqsədilə xeyriyyə konserti olacaq

Xəstə uşaqlara kömək məqsədilə xeyriyyə konserti olacaq

15 fevral övladları xərçəng xəstəsi olan valideynlərin Beynəlxalq təşkilatların konfederasiyasının təşəbbüsü ilə bütün dünyada xərçəng xəstəsi olan uşaqların Beynəlxalq günü kimi qeyd olunur. SİA-nın məlumatına görə, xərçəng olan uşaqların Beynəlxalq günün əsas məqsədi uşaq həkimlərin, bütün peşəkar tibb ictimayyətinin bütün ölkələrin müxtəlif ixtisaslı sosial məsuliyyətli vətəndaşların uşaq onkologiyasının uğurları barədə, xəstəliyin ilkin müayinəsinin və xüsusi müalicənin zəruriliyi barədə məlumatlandırılmasıdır. Bu minlərlə uşaqlara ümid verəcək.

Nəzərinizə çatdıraq ki, xərçəng təhlükəli, ağır lakin indiki gündə sağalması mümkün olan xəstəlikdir. Xəstələrin təxminən 80% müasir müalicə üsulların köməyi nəticəsində sağalır. Hər il uşaqların 20 faizində isə yaşamaq imkanı ola bilərdi, lakin onlar vəsaitlərin, donor qanın və ixtisaslaşdırılmış tibbi köməyinin çatışmamazlığından dünyalarını dəyişirlər. Bununla belə, ilkin müayinə və müasir müalicə imkanları olan hallarda, uşağın yaşamaq üçün imkanı daha da artır.

Umid.az xeyriyyə forumunun tam dəstəyi ilə "Leykemiya ilə mübarizə" təşkilatı artıq 5 il ölkədə leykemiya problemləri ilə məşğuldur. 5 ilə xeyli məsələlər üzrə iş görülüb: ictimaiyyət leykemiyadan sağalma imkanları haqqda məlumatlandırılıb, 120 uşaqdan artıq pulsuz dərman vəsaitlərini alıb, təxminən 30 uşaq müalicələrini tamamlayıb və indi tam remissiya prosesini yaşayırlar. Dövlət Hematoloji institutda uşaq şöbəsini açmışdı, diaqnozun dəqiq təyin məqsədi ilə laboratoriya avadanlığını əldə etmişdilər. Bu isə o deməkdir ki, uşaqlar düzgün müalicə ilə təmin olunacaqlar. Ümid edirəm, yaxın gələcəkdə ölkədə sümük beyninin transplantasiya üzrə əməliyyatlar keçiriləcək və yaşamaq imkanları 90-95% -dək artacaq.

Qeyd edək ki, konsert 15 fevral saat 18:00-da 28 Mall ticarət mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə