AMEA Mərkəzi Elmi Kitabxanası Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərgi təşkil edib FOTO

AMEA Mərkəzi Elmi Kitabxanası Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərgi təşkil edib FOTO

AMEA Mərkəzi Elmi Kitabxanası Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərgi təşkil edib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə AMEA Mərkəzi Elmi Kitabxanın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli giriş sözü ilə açaraq Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2013-cü il 22 noyabr tarixli Sərəncamını xatırlatmış, M.Ə.Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib: "Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ildönümüdür. Biz də Mərkəzi Elmi Kitabxana olaraq yubiley münasibətilə bağlı sərgi təşkil etmişik. Burada onun müxtəlif illərdə çəkilmiş fotoları, əsərlərindən ibarət kitablar nümayiş etdirilir. Hər birimiz M.Ə.Rəsulzadənin keçdiyi həyat yolu, siyasi və ədəbi fəaliyyəti ilə yaxından tanışıq. O, milli istiqlal ideyalarının yayılmasında böyük xidmətlər göstərib. Bir daha qeyd etmək istərdim ki, siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin 130 illik yubileyinin təntənəli şəkildə keçirilməsini təmin etmək məqsədilə prezident İlham Əliyevin imzaladığı sərəncam Azərbaycanın ictimai-siyasi tarixinə hörmətinin bariz nümunəsidir".

Qeyd edək ki, daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə M.Ə.Rəsulzsdənin əsərlərinin toplusu, ona həsr edilmiş kitablar, müxtəlif illərdə qəzet və jurnallarda haqqında dərc edilmiş məqalələr, fotoşəkillər, videomateriallar, virtual görüntülər təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə