“Nazirin xanımı” tamaşasının premyerası keçiriləcək

“Nazirin xanımı” tamaşasının premyerası keçiriləcək

Serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında hazırlanan "Nazirin xanımı" tamaşasının premyerası keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayevdir.

Tamaşada əsas rollarda xalq artistləri Bəsti Cəfərova, Hacı İsmayılov, əməkdar artistlər Tofiq Hüseynov, Şəlalə Şahvələdqızı və başqaları iştirak edəcəklər.

Nəzərinizə çatdıraq ki, Branislav Nuşiçinin əsərini Azərbaycanda ilk dəfə 1970-ci ildə rejissor Tofiq Kazımov səhnələşdirib.

Qeyd edək ki, "Nazirin xanımı" tamaşasının premyerası fevralın 5-i saat 19:00-da də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə