Novruz: Şərqin gözəllikləri” adlı ekran əsəri geniş ictimaiyyətə təqdim ediləcək

Novruz: Şərqin gözəllikləri” adlı ekran əsəri geniş ictimaiyyətə təqdim ediləcək

Yaxın günlərdə "Buta Films" studiyası Bakıda Beynəlxalq turizm film festivalının müsabiqə proqramına daxil edilmiş "Novruz: Şərqin gözəllikləri" adlı ekran əsərini geniş ictimaiyyətə təqdim edəcək. SİA-nın məlumatına görə, fimin əsas mövzusu beynəlxalq bayram olan Novruzla bağlıdır. Ekran əsərində bayramın Moskvada, Bakıda və kənd yerlərində necə qeyd edilməsini tamaşaçıya təqdim etməkdir.

Nəzərinizə çatdıraq ki, filmin rejissoru Maksim Vasilenko, prodüserləri Nəsib Piriyev və Mariya İvanovadır.

Qeyd edək ki, filmdə tamaşaçılar üç zaman kəsiyində: bayrama hazırlıq, bayramın özü və bayramdan sonra baş verənləri görə biləcəklər. Bu ekran əsəri təkcə sevinc və ayrılıq, sevgi və dostluqdan deyil, eləcə də ailə dəyərləri və xalqlar arasında qarşılıqlı anlaşmadan bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə