Fevralda Nizami Kino Mərkəzində "Retro filmlər həftəsi" layihəsinə start veriləcək. Mərkəzdən SİA-ya verilən məlumata görə, həftəyə Azərbaycan filmlərinin nümayişi ilə başlanılacaq. Layihə çərçivəsində hər həftənin 5-ci günü film nümayiş olunması nəzərdə tutulur. Artıq bir neçə filmin rəqəmsal variantı hazırdır. "Retro filmlər həftəsi"nin məqsədi tamaşaçıları milli kinoya yenidən qaytarmaq, onların korifey rejissorlarımızın və aktyorlarımızın filmlərinə böyük ekrandan baxmalarına şərait yaratmaqdır.
Qeyd edək ki, Nizami Kino Mərkəzində həmçinin gələcəkdə layihə çərçivəsində Fransa, İtaliya və Amerikada istehsal olunan retro filmləri də nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB