“Eurovision-2014” mahnı müsabiqəsinin səhnə tərtibatında Azərbaycan nümunəsi

“Eurovision-2014” mahnı müsabiqəsinin səhnə tərtibatında Azərbaycan nümunəsi

Bu ilin mayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsi "Green Room" konsert zalında yerləşəcək. SİA-nın məlumatına görə, ilk dəfə "Green Room"un tamaşaçıların əyləşdiyi zalda qurulması Azərbaycanda "Eurovision-2012" yarışması zamanı "Baku Crystal Hall"da reallaşmışdı. Şounu hər bir detalınadək ekrana gətirmək üçün arenada xüsusi sistem vasitəsilə 25 HD kamera quraşdırılmışdı. Kopenhagendə "B&W Hallerne" arenasında belə bir yerləşmə auditoriyanı və televiziya tamaşaçılarını eyni vaxtda "Green Room"a yaxın edəcəkdir.

Nəzərinizə çatdıraq ki, milyonlarla Avropa tamaşaçısına yayımlanan şou zamanı "Green Room" oturacaqları insanlara "dənizdə bir ada kimi" görünəcək.

Qeyd edək ki, "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq olaraq mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə