Polşada XXIII Beynəlxalq “Rəng sənəti” incəsənət festivalı keçiriləcək
Polşanın Qoleniou şəhərinin Mədəniyyət Evinin təşkilatçılığı və UNESCO üzrə Polşa Milli Komissiyasının dəstəyi ilə XXIII Beynəlxalq "Rəng sənəti" incəsənət festivalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, festivalın məqsədi gənclər arasında bədii yaradıcılığın təşviq, uşaqların və yeniyetmələrin incəsənətdə dostluq və həmrəyliyinin nümayiş etdirilməsidir.
Festivalda 6-24 yaş arasında uşaqlar və gənclər "Nağıl, əfsanə və rəvayətlər ölkəsində" mövzusunda rəssamlıq, qrafika və fotoqrafçılıq sahələrində əsərlərlə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün əsərlər ən geci cari il martın 1-dək UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına göndərilməlidir. Qaliblərin mükafatlandırılması mərasiminin Polşada təşkil edilməsi nəzərdə tutulur. Əsərlər beynəlxalq sərgilərdə nümayiş etdiriləcək.
Qeyd edək ki, müsabiqə ilə bağlı əlavə məlumatı http://www.gdk.goleniow.pl/aktualnosci/informacje-z-gdk/item/381-xxiii-miedzynarodowy-festiwal-sztuki-pieknej-color-art linkindən əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB