Fevralın 24-də Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında görkəmli ABŞ pianoçusu Van Klibernin xatirəsinə həsr olunmuş konsert keçiriləcək. SİA-nın məlumatına görə, konsertdə görkəmli pianoçunun doğma vətəni olan Texas ştatının Fort Vort şəhərində keçirilmiş Van Klibern beynəlxalq müsabiqəsinin laureatları, o cümlədən Vladimir Viardo, Stanislav Yudeniç və 2013-cü il qalibi Vadim Xolodenko çıxış edəcəklər.
Nəzərinizə çatdıraq ki, konsertin ikinci hissəsində Rusiya Milli Orkestri tərəfindən Mixail Pletnyovun dirijorluğu ilə Van Klibernin çox sevdiyi əsər – Pyotr Çaykovskinin "Altıncı simfoniya"sı səsləndiriləcək.
Qeyd edək ki, görkəmli pianoçu Van Klibern 2013-cü il fevralın 27-də vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB