Azərbaycanın tanınmış müğənnilərindən olan Rüfət Mehdiyevin vəfatından 3 il ötür. SİA-nın məlumatına görə, sənətçi üç il bundan əvvəl fevralın 1-i saat 03:00 radələrində insultdan dünyasını dəyişib. Nizami rayon qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992).
O, 1989-cu ildən musiqi ilə məşğul olmağa, 1992-ci ildən isə müğənnilik fəaliyyətinə başlayıb.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB