Özbəkistanın “Dunyo böylab” televiziyası “Azərbaycan milli libasları” mövzusunda veriliş nümayiş etdirib

Özbəkistanın “Dunyo böylab” televiziyası “Azərbaycan milli libasları” mövzusunda veriliş nümayiş etdirib

Özbəkistanın "Dunyo boylab" telekanalı "Dünya xalqlarının milli libasları" silsiləsindən verilişlər hazırlayır. SİA-nın məlumtana görə, telekanalın bu silsilədən növbəti verilişi Azərbaycan milli geyimlərinə həsr olunub.

"Azərbaycan milli libasları" verilişində xalqımızın tarixi, mədəniyyəti, ölkəmizin şəhərləri, adət-ənənələri haqqında məlumat verilmiş, Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycanın son illərdə bütün sahələrdə əldə etdiyi uğurlar, həyata keçirilən layihələr haqqında söhbət açılıb.
Proqramda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olan milli geyimlərimiz haqqında geniş məlumat verilmiş, AMM-nin direktoru Samir Abbasov Azərbaycan mədəniyyəti, adət və ənənələri haqqında çıxış etmiş, milli geyimlərimiz nümayiş etdirilib. Mərkəzin həyətində qurulmuş Azərbaycan mədəniyyətini tərənnüm edən ekspozisiya, milli musiqi alətlərindən ibarət sərgi, milli geyimli qızların çıxışı tamaşaçıların marağına səbəb olub.

Qeyd edək ki, bundan əvvəl telekanal Koreya Respublikası, Belarus, Çin, Hindistan, Ukrayna, Çexiya, Rusiya, Polşa və s. ölkələrin milli geyimləri haqqında proqramlar hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə