300 yaşlı skripka oğurlanıb

ABŞ-ın Milouki şəhərindəki (Viskonsin ştatı) kollecdə naməlum şəxslər Stradivari tərəfindən təxminən 300 il əvvəl hazırlanmış skripkanı oğurlayıblar. Bu barədə USA Today qəzeti məlumat yayıb.

Yerli polis əməkdaşının dediyinə görə, Milouki simfonik orkestrinin konsertmeysteri Frenk Elmond çıxışından sonra kollecə məxsus avtomobil saxlama yerinə gedib. Onu burada gözləyən naməlum şəxs musiqiçini elektroşokerlə vuraraq skripkanı götürmüş və cinayət ortağının avtomobilinə minib aradan çıxıb. Hazırda polis qarətçiləri axtarır.

Qəzet yazır ki, 1715-ci ildə düzəldilmiş bu skripkaya əvvəllər tanınmış italyan musiqiçisi Cüzeppe Tartini və polyak skripkaçı Karol Lipinski sahib olublar. Oğurlanan musiqi alətinin qiymətinin Stradivarinin 2006-cı ildə 3,5 milyon dollara satılmış digər skripkasının qiymətinə bərabər olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə