“İstedad” təsviri sənət kurslarında təhsil alan kiçik yaşlı dinləyicilərin işlərindən ibarət hesabat sərgisi keçiriləcək

“İstedad” təsviri sənət kurslarında təhsil alan kiçik yaşlı dinləyicilərin işlərindən ibarət hesabat sərgisi keçiriləcək

Yanvarın 31-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində "İstedad" təsviri sənət kurslarında təhsil alan kiçik yaşlı dinləyicilərin işlərindən ibarət hesabat sərgisi keçiriləcək. SİA-nın məlumatına görə, "İstedad" təsviri sənət kursları artıq iki ildir Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərir.

Qeyd edək ki, sərginin məqsədi kursların kiçik yaşlı dinləyicilərinin təsviri sənətin incəliklərinə yiyələndiklərini nümayiş etdirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə