Xalq artisti teatrın açılışını səbirsizliklə gözləyir

Xalq artisti teatrın açılışını səbirsizliklə gözləyir

Azərbaycanın xalq artisti İlham Namiq Kamal yaradıcılığından danışıb. Bu haqda SİA-ya məlumat verən aktyor mart ayında açılışı olan teatrından söz açıb: "Bildiyiniz kimi, mart ayının 10-da Musiqili Teatrın dövlət səviyyəsində açılışı olacaq. Demək olar ki, təmir tam yekunlaşıb və birinci dəfə tamaşaçılarla görüş keçiriləcək. Orada da teatrın ən üzdə olan tamaşalardan parçalar və çıxışlar təqdim olunacaq. Uzun fasilədən sonra yeni tamaşalarla izləyicilərimizin qarşısına gələcəyik. Onu da deyim ki, teatrımızın açılışını bütün kollektivimiz böyük səbirsizliklə gözləyir".

Qeyd edək ki, xalq artisti İlham Namiq Kamalın mart ayında 65 illik yubileyi Azərbaycan Dövlət Musiqili Teatrda təmtəraqlı şəkildə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə