3 milyonluq məhşur skripka oğurlanıb

3 milyonluq məhşur skripka oğurlanıb

Amerika Birləşmiş Ştatlarının Miluoki şəhərində 300-illik Stradivarius skripkası oğurlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə götə, dəyəri yüksək olan musiqi aləti Miluoki Simfonik Orkestrının aparıcı skripkaçısının məruz qaldığı silahlı soyğun zamanı naməlum şəxslər tərəfindən oğurlanıb. Polisin məlumatına görə, soyğun orkestr yerli kolleclərdən birində çıxış etdikdən sonra baş verib.

Nəzərinizə çatdıraq ki, oğurlanan skripkanın 2006-cı ildə 3,5 milyon dollara satılan digər bir Stradivarius skripkası ilə təxminən eyni dəyərə malik olduğu bildirilir. Miluoki Simfonik Orkestrının aparıcı skripkaçısı da 1715-ci ildə hazırlanan skripkanı bir neçə il əvvəl hərracda bir neçə milyon dollara almışdı.

Qeyd edək ki, Viskonsin ştatının polisi skripkanı oğurlayan şəxslərin axtarışına başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə