“Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə Azərbaycan kubokunun finalı keçiriləcək
Nə? Harada? Nə vaxt?" oyunu üzrə Azərbaycan Kubokunun finalçıları müəyyənləşib. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Xəzər İntellektual Gənclər Klubu və Atəşgah İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunmuş "Nə? Harada? Nə vaxt?" oyunu üzrə Azərbaycan kubokunun 2013-cü il mövsümünün dördüncü - sonuncu mərhələsi başa çatıb.
Nəzərinizə çatdıraq ki, ölkənin müxtəlif şəhərlərində təşkil olunmuş yarışda 200-dən çox komanda iştirak edib. Dördüncü mərhələnin sonunda finala 16 ən güclü komanda vəsiqə qazanıb. Yaxın günlərdə Azərbaycan kuboku finalının püşkatma mərasimi keçiriləcək.
Qeyd edək ki, "Nə? Harada? Nə vaxt?" oyunu üzrə Azərbaycan kubokunun final oyunu fevralın 1-də təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB