Şəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş tədbir keçirilib FOTOLAR
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, "Şöhrət" ordenli, Azərbaycan Respublikasının xalq artisti, Şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundovanın 90 illiyinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova, xalq artisti, tarzən Ramiz Quliyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edib. Sonra musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı Şəfiqə Axundovanın həyat və yaradıcılığı haqqında danışıb. Onun çıxışı muzeyin materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Qeyd edək ki, tədbirin bədii hissəsində bəstəkarın mahnıları muzeyin Qədim Musiqi Alətləri Ansamblının solisti, Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova (Bədii rəhbər: Azərbaycan Respublikasının Əməkdar Artisti Munis Şərifov), Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov, Azərbaycan Dövlət Televiziyasının solistləri, IV Televiziya Muğam Müsabiqəsinin laureatları və iştirakçısı Sərxan Bünyadzadə, Ramiq Bayramov, Gülnar Qüdrətli və Ayşən Mehdiyevanın ifalarında təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB