Bakı tamaşaçıları əfsanəvi "Yunona və Avos" rok-operasını görmək imkanı qazanacaqlar. Heydər Əliyev Sarayından SİA-ya verilən məlumata görə, Aleksey Rıbnikovun teatrı "Yunona və Avos" rok-operası ilə Bakıya qastrol səfərinə gəlir. Rusiyada, eləcə də Avropada məşhur olan kollektivin "Yunona və Avos" rok-operasının Bakıya qastrol səfəri əlamətdar hadisədir. "Yunona və Avos" rok-operası Rusiya Federasiyasının xalq artisti, Dövlət Mükafatı laureatı, bəstəkar Aleksey Rıbnikovun rəhbərlik etdiyi teatrın müəllif versiyasıdır. Rusiya səhnəsində ən məşhur rok-opera olan "Yunona və Avos"un müəllifləri görkəmli rus bəstəkarı Aleksey Rıbnikov və şair Andrey Voznesenskidir.
Nəzərinizə çatdıraq ki, Aleksey Rıbnikovun teatrının quruluşunda "Yunona və Avos" rok-operası artıq Rusiyada, Ukraynada, Qazaxıstanda, Fransada, İsraildə və digər ölkələrdə nümayiş olunub və böyük uğur qazanıb.
Qeyd edək ki, əfsanəvi "YUNONA və AVOS" rok-operası 31 may saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB