Yanvarın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında Dövlət Fortepiano Triosunun konserti keçiriləcək. SİA-nın məlumatına görə, əməkdar artistlər Nərgiz Əliyarova (piano), Töhfə Babayeva (skripka), Səbinə İbrahimovanın (violonçel) ifasında təqdim olunacaq konsertdə solist qismində əməkdar artist Fidan Hacıyeva çıxış edəcək.
Qeyd edək ki, konsertin proqramına Azərbaycan ilə yanaşı, Qərbi Avropa bəstəkarlarının kiçik musiqi əsərləri də daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB