Miladi: 28 yanvar 2014
Hicri: 27 rəbiul əvvəl 1435
İlin 28-ci günü
İlin sonuna 337 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 06:41
Günəş – 07:53
Zöhr – 12:57
Əsr – 15:55
Məğrib – 18:08
İşa – 19:27
814 — Fransız imperatoru Böyük Karl vəfat edib.
1596 — Məhşur dəniz səyyahı Frensis Dreyk vəfat edib.
1828 — Çar Rusiyasının qoşunları İranla apardığı müharibədə Cənubi Azərbaycanın Urmiya şəhərini işğal edib.
1848 — Görkəmli Azərbaycan maarifçisi Həsənəli xan Qaradaği dünyaya gəlib.
1854 — Rəşid bəy Mirzə Fətəli oğlu Axundzadə dünyaya gəlib.
1887 — Eyfel qülləsinin tikintisinə başlanıb.
1919 — erməni-daşnak dəstələri Gəncə quberniyasının Zaqala kəndini yandırıb.
1921 — Türk kommunist Mustafa Sübhi qətlə yetirilib.
1940 — Ümumittifaq Kommunist Partiyası və SSRİ XKS "Azərbaycan SSR-də neftin çıxarılması və emalının artırılması üçün əsaslı tədbirlər haqqında" qərar qəbul edib.
1958 — Kiprdə ingilislərin türk nümayişçilərə atəş açması və əsgərin yük avtomobilini insanların üstünə sürməsi nəticəsində 8 nəfər həlak olub.
1980 — Diktor Aydın Qaradağlı vəfat edib.
1982 — Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan "ASALA" erməni terror təşkilatı tərəfindən qətlə yetirilib.
1986 — Amerikanın "Challenger" kosmik gəmisi startdan 73 saniyə sonra 14 km yüksəklikdə qəzaya uğrayıb. Bütün heyət həlak olub.
1992 — "Ağdam-Şuşa" marşrutu ilə uçan "Mİ-8" mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulub. Çoxu qadın və uşaq olan 44 sərnişin və ekipaj həlak olub.
1993 — Qazaxıstanda yeni Konstitusiya qəbul edilib.
1998 — Prezident Heydər Əliyev Davos sammitində iştirak edib.
2003 — Ukrayna prezidenti Kuçma və Rusiya prezidenti Putinin görüşü zamanı Ukrayna – RF sərhədləri dəqiq müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB