“XX əsr Azərbaycan şeriyyəti antologiyası” kitabının təqdimat mərasimi keçiriləcək
12 fevral saat 15:00-da Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan Beynəmiləl Respublika Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan ədəbiyyatı özbək dilində" adlı elmi simpozium keçiriləcək. SİA-nın məlumatına görə, tədbir çərçivəsində bugünə qədər Özbək dilində nəşr olunmuş Azərbaycan ədəbiyyatı nümunələrinin sərgisi, habelə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə Özbək dilində çap olunmuş "XX əsr Azərbaycan şeriyyəti antologiyası" kitabının təqdimatı da keçiriləcək.
Tədbirdə Özbəkistanın tanınmış elm xadimləri, Daşkənddəki Şərqşünaslıq və Nizami adına Dövlət universitetlərinin, Özbəkistan Elmlər Akademiyasının və Nəvai adına Milli Kitabxanasının mütəxəssislərinin, gənc tədqiqatçıların, tələbələrin, habelə bir çox xarici ölkələrin Daşkənddəki nümayəndələrinin iştirakı gözlənilir.
Nəzərinizə çatdıraq ki, elmi simpoziumda Özbəkistan Yazıçılar Birliyinin sədri, professor Məhəmməd Əli "Özbəkistan-Azərbaycan ədəbi əlaqələri", Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi, tədqiqatçı-yazıçı Xalidə Xalid "XX əsrdə Özbəkistan-Azərbaycan ədəbi əlaqələri", akademik, Özbəkistan Dil və Ədəbiyyat İnsitutunun elm xadimi Bəxtiyar Nəzərov "Özbəkistan-Azərbaycan ədəbi əlaqələri: ənənə və navatorluq", Özbəkistandakı Mədəniyyət Mərkəzlərinin Birləşmiş Təşkilatının rəhbəri, yazıçı Nəsriddin Məhəmmədiyev "Özbək-Azərbaycan ədəbi əlaqələrinin inkişafında Azərbaycan Mədəniyyət Mərkəzinin rolu", "Cahan ədəbiyyatı" jurnalının baş redaktoru, dosent Şöhrət Rzayev "Cahan ədəbiyyatı" jurnalında Azərbaycan ədəbiyyatı mövzusu", dosent, tərcüməçi Tahir Kahar "Azərbaycancadan Özbəkcəyə tərcümə işində şeirlər və məsəllər", filologiya elmləri namizədi, Nəvai adına Özbəkistan Milli Kitabxanasının mütəxəssisi Zuxriddin İsomiddinov "Azərbaycan nəsrində Özbək dilinə tərcümə olunan əsərlərin bədii xüsusiyyətləri", filologiya elmləri namizədi Sultanmurad Olimov "Ədəbi təsir və sintez: Nizami-Nəvai-Füzuli" və s. mövzularda məruzələr edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB