Xalq artisti vətənə döndü

Azərbaycanın xalq artisti Firəngiz Mütəllimova Türkiyədə müayinə olunduqdan sonra yenidən vətənə dönüb. Bu haqda SİA-ya xalq artistinin özü məlumat verib: "Bildiyiniz kimi, ağır beyin əmliyyatı keçirmişəm. Buna görə də tez-tez müayinə olunmaq üçün Türkiyəyə üz tuturam. Məni sağlamlığıma qaytaran Hakan həkimə minnətdaram. Şükürlər olsun ki, hələlik hər şey qaydasındadır. Onu da deyim ki, qardaş ölkədən dünən axşam bacım Nərgiz Mütəllimova ilə birgə gəlmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə