Bu gün Ofeliya Aslanın doğum günüdür

Bu gün Ofeliya Aslanın doğum günüdür

Bu gün Azərbaycanın sevilən aktrisası Ofeliya Aslanın doğum günüdür. SİA-nın məlumatına görə, Ofeliya Aslan 1939-cu il 27 yanvar-da Bakıda anadan olub. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun "Musiqili Komediya aktyoru" fakültəsini bitirib. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işləyib. Uzun müddət fasilədən sonra 199-ci ildən yenidən teatra qayıdıb və aktrisa kimi fəaliyyətini davam etdirib. İlk rolu "Durna" komediyasında Lalə obrazı olub. Bundan sonra aktrisa get-gedə püxtələşərək, "Beşmanatlıq gəlin"də Gülnaz, "Arşın mal alan"da Telli, "Hicran"da Çarleston, "Axırı yaxşı olar"da Dilbər, "Bankir adaxlı"da Səmayə və başqa rolları bacarıqla ifa edərək, tamaşaçıların rəğbətini qazanıb. Keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş R.Hacıyevin "Mama, ya jenyus" əsərində Bibixanım rolunu oynayıb. 47 illik səhnə fəaliyyətinə baxmayaraq aktrisaya heç bir fəxri ad verilməyib.

Qeyd edək ki, Ofeliya Aslan 2010-cu il mayın 18-i Bakıda ürək çatışmazlığından vəfat edib.

Nəzərinizə çatdıraq ki, Ofeliya xanım aktyor Rza Əfqanlının qızı və aktyor Səyavuş Aslanın keçmiş həyat yoldaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə