Məşhur italiyalı bəstəkar və dirijor Ennio Morrikone Heydər Əliyev Sarayındakı möhtəşəm konsert proqramı baş tutub. SİA-nın məlumatına görə, konsert "Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilib.
"Oskar" mükafatı laureatı və dəfələrlə bu ada namizəd, dördqat "Qızıl qlobus" və "Qızıl şir" mükafatlarının sahibi, Venesiya film festivalının qalibi maestro Ennio Morrikone Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Azərbaycan Xor Kapellası ilə birlikdə tamaşaçılara unudulmaz gecə yaşadıb. Heydər Əliyev Sarayının səhnəsində maestro ilə birlikdə 200-dən çox musiqiçi olub.
Ennio Morrikone İtaliya, İspaniya, Fransa, Almaniya, Rusiya və ABŞ-da çəkilmiş 500-dən çox kino və seriala musiqi bəstələyib. Onlardan "Bir dəfə Amerikada", "Peşəkar", "Yaxşı, pis və qəddar", "Bir dəfə vəhşi Qərbdə", "Malena", "Dekameron", "Lolita", "Kill Bill" və digər filmlər dünya kinematoqrafiyasının şedevrlərinə çevrilib. Konsert zamanı bu möhtəşəm əsərlər tamaşaçılar üçün səsləndirilib.
Qeyd edək ki, tamaşaçılara böyük zövq yaşadan Ennio çıxışını bitirərək səhnəni tərk etmək istəyib. Lakin azərbaycanlı tamaşaçılar gurultulu alqışlarla onu 3 dəfə geri qaytarıb və dünya şöhrətli sənətçi sevənlərinə jest edərək daha əvvəl səsləndirilən 3 əsəri təkrarən təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB