Fransanın "francemusique" adlı mədəniyyət saytında Azərbaycanın istedadlı cazmeni Şahin Növrəsli barədə məqalə yerləşdirilib. Məqalədə Şahin Növrəslinin Londonda, Montrö, Praqada şəhərlərində keçirilən beynəlxalq caz musiqi festivallarında və ABŞ-ın çoxsaylı caz klublarında müvəffəqiyyətlə çıxış etdiyi vurğulanıb.
Materialda musiqiçinin zəngin və ənənəvi mədəni irsə malik olan Azərbaycanda dünyaya göz açdığı, erkən yaşlarından musiqiyə böyük həvəs göstərdiyi, klassik musiqinin tədris olunduğu Bakının ən məşhur musiqi məktəbində - Bülbül adına musiqi məktəbində təhsil aldığı, sonralar Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasında təhsilini davam etdirdiyi vurğulanıb, Bakı Filarmoniyasının simfonik orkestrində çıxış etdiyi və 18 yaşında dünyaşöhrətli bəstəkar Serqey Vasilyeviç Raxmaninovun əsərini ifa etdiyi diqqətə çatdırılıb.
Məqalədə cazmenin Azərbaycanda geniş yayılan muğam musiqisi ilə cazı improvizə etməsi, şərqlə qərb musiqisindən vahid musiqi yaratdığı qeyd edilib, ekzotik melodiyalar, güclü harmoniyalar və şərq ritmləri ilə Amerika cazını yüksək enerji ilə ifa etdiyi bildirilib.
Saytda Ş. Növrəslinin Ari Hoenig və Nathan Pecklə trio yaratması, Kenny Wheeler, Lain Ballamy və Tim Garland əməkdaşlıq etməsi sayəsində Azərbaycan cazına yeni nəfəs gətirdiyi də nəzərə çatdırılıb.
Məqalənin sonunda fransız musiqi sevərlərinə yaxşı tanış olan azərbaycanlı cazmen Ş. Növrəslinin fevralın 8-də Parisdə solo konsert verəcəyi, onu konrabasda Nathan Peckin və zərb alətlərində Ari Hoenigin müşayət edəcəyi elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB