Gənclər Gününə həsr edilən festivala start verilir

Gənclər Gününə həsr edilən festivala start verilir

26 yanvar-7 fevral 2014-cü il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr edilən "Gəncliyin səsi" incəsənət festivalı keçiriləcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, festival çərçivəsində muğam və klassik konsertlərin, sərgilərin, gənc ədiblərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Festival tədbirləri Heydər Əliyev Sarayı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası, Kamera və Orqan Musiqisi Zalı, "LN" incəsənət mərkəzi və "ART Council" da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə