“Gəncliyin səsi” incəsənət festivalı keçiriləcək

“Gəncliyin səsi” incəsənət festivalı keçiriləcək

26 yanvar-7 fevral 2014-cü il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "2 fevral Gənclər Günü"-nə həsr edilmiş "Gəncliyin səsi" incəsənət festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festival çərçivəsində muğam və klassik konsertlərin, sərgilərin, gənc ədiblərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, festival tədbirləri Heydər Əliyev Sarayı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası, Kamera və Orqan Musiqisi Zalı, "LN" incəsənət mərkəzi və "ART Council" da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə