Ennio Morrikone: "Çox təəssüflənirəm ki, sizin bəstəkarlarınızı tanımıram"
Bu gün məşhur italiyalı bəstəkar və dirijor Ennio Morrikone mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda çıxış edən Ennio Morrikone Azərbaycanda olmaqdan fərəh hissi keçiridiyini bildirib: "Mən dünyanın demək olar çox ölkələrində olmuşam. Azərbaycana də gəldiyim üçün özümü xoşbəxt hiss edirəm. Bütün konsertlərim mənim üçün bayram olmaqla yanaşı, həm də narahatlıq və gərginlik verir. Çünki konsert böyük məsuliyyətdir. Filmlərə musiqi bəstələyərkən onun rejissoru ilə məsləhətləşirəm, çəkilən filmin janrını nəzərə alıram və digər məsələləri dəqiqləşdirirəm. Eyni zamanda, bu musiqidə həm də öz hisslərimi dinləyiciyə çatdırmağa çalışıram."
Dünya şöhrətli musiqiçi Azərbaycan musiqisini və bəstəkarlarını tanımadığı üçün çox təəssüfləndiyini də dilə gətirib: "Mən çox məyus oluram ki, sizin bəstəkarlarınızı tanımıram. Amma musiqi alətlərinizdən xəbərim var. Bilirəm ki, hansı alətdən necə musiqi səslənə bilər. Yaponiyada olan zaman da onların musiqilərindən məlumatım yox idi. Yaponlar isə müraciət edərək mənim musiqilərimi dinləmək istədiklərini söylədilər. Bu da təbii ki, məni çox sevindirdi".
Qeyd edək ki, yanvarın 25-i saat 19:00-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar və dirijor Ennio Morrikone möhtəşəm konsert proqramı ilə çıxış edəcək. Maestronun Bakıda konsert proqramı ilə çıxış etməsi Azərbaycanın mədəni həyatı üçün əlamətdar hadisədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB