Elnur Hüseynov yeni musiqili proqram təqdim edəcək

Elnur Hüseynov yeni musiqili proqram təqdim edəcək

İstedadlı müğənni Elnur Hüseynov DJ EminCa ilə birlikdə yeni musiqili proqram təqdim edəcək. SİA-nın məlumatına görə, Elnur Hüseynov ölkəmizi Avroviziya mahnı müsabiqəsində təmsil edən, fantastik səsə malik bir insandır.

Nəzərinizə çatdıraq ki, konsertə Elbəy Məmmədzadə (piano), Rauf Sultanov (gitara), Həsən Bilalov (baraban), Zaur Mirzoyev (saksofon), Mədinə Muradxanova (vokal), Nərminə Seyidova (vokal) kimi musiqiçilərimiz də çıxış edəcəklər.

Qeyd edək ki, Elnur Hüseynov yanvarın 24-ü saat 21:00-da Bakı Caz Mərkəzində çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə