İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək

İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək

24 yanvar - 2 fevral 2014-cü il tarixində Türkiyənin İstanbul şəhərində Avropa Azərbaycan Cəmiyyətinin və Türkiyənin nüfuzlu vəqflərindən olan Suna və Kıraç Fondu tərəfindən yaradılmış Pera Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Film Festivalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, festivalda "Arşın mal alan", "Yarasa", "Buta", "Qala", "İlahi məxluq", "40-cı qapı", "Çovkan" və "Çölçü" kimi müxtəlif illərdə istehsal olunmuş Azərbaycan filmləri nümayiş olunacaq.

Qeyd edək ki, festival haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar:

http://www.peramuzesi.org.tr/FilmProgram/%E2%80%9CBu-Kino-Cox-Gozal%E2%80%9D-Azerbaycan-Sinemasi/74

Bütün xəbərlər Facebook səhifəmizdə