Oda Teatrı Moemin hekayəsini səhnələşdirib

Oda Teatrı Moemin hekayəsini səhnələşdirib

Oda Teatrı Somerset Moemin "Qisas" hekayəsi əsasında yeni "Xəyali Qisas" adlı tamaşa hazırlayıb. Teatrdan SİA-ya verilən məlumata görə, rolları Leyla Fariz, Nihad Qulamzadə, Elmin Bədəlov, Aynur Zərrintac, Anar Əliyev və Niyazəli Məmmədzadə ifa edirlər. Tamaşanın rejissoru isə Anar Sadıqovdur.

Qeyd edək ki, "Xəyali Qisas" tamaşası yanvarın 25 və 26-sı saat 19:00-da Oda Teatrında nümayiş olunacaq. Biletin qiyməti 4 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə