İlham Namiq Kamal: "Bu mənim üçün ilk deyil"

İlham Namiq Kamal: "Bu mənim üçün ilk deyil"

Azərbaycanın xalq artisti İlham Namiq Kamalın mart ayında 65 illik yubileyi Azərbaycan Dövlət Musiqili Teatrda qeyd olunacaq. Bu haqda SİA-ya açıqlama verən xalq artisti çox sevindiyini deyib.

"Bildiyiniz kimi yanvar ayın 9-u mənim ad günüm oldu. Bu münasibətlə bütün dostlarım, yaxınlarım, media nümayəndələri zəng edib təbrik etdilər. İnşaallah teatrımız açıldıqdan sonra yubiley tədbiri keçiriləcək. Bu mənim üçün ilk deyil. Çünki dövlətimiz hər zaman məni öz diqqətində saxlayıb. 50-55 illik yubileylərim də böyük təmtəraqla keçirilib. Sevinirəm ki, yenə də unudulmadım və bu il də ötən yubileylərim kimi Allah nəsib etsə möhtəşəm qeyd ediləcək. Bu da təbii ki, ölkə başçımızın mədəniyyət nümayəndələrinə göstərdiyi diqqət və qayğının təzahürüdür", - deyə yubilyar bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə