Bu gün Rotterdamda (Niderland) 43-cü beynəlxalq kino festivalı açılır. SİA-nın verdiyi xəbərə görə, adətən alternativ və qeyri-kommersiya kinosunun dəstəklənməsinə istiqamətlənən bu festivalın əsas mükafatı uğrunda 15 film mübarizə aparacaq.
Tanınmış rejissorlardan və kino tənqidçilərindən ibarət nüfuzlu münsiflər heyəti üç qalibi seçməli olacaq. Onların hər biri 15 min avro məbləğində pul mükafatı və bundan daha əhəmiyyətlisi, beynəlxalq şöhrət qazanacaqlar.
Nəzərinizə çatdıraq ki, müsabiqədə iştirak etmək üçün zəruri şərt ondan ibarətdir ki, film rejissorun birinci və ya ikinci işi olmalıdır. Mükafatın sahibi fevralın 1-də məlum olacaq.
Qeyd edək ki, tədbir təşkilatçılarının sözlərinə görə, kinofestivalda 60 ölkədən 220 tammetrajlı və 320 qısametrajlı film nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB