Ramiz Əzizbəyli: “Dövlətə yenə sığınmağa utanıram” YENİLƏNİB
Azərbaycanın xalq artisti Ramiz Əzizbəylinin səhhəti yenidən ağırlaşıb. Belə ki, SİA-ya açıqlama verən xalq artisti dövlətin yenə də yardım edəcəyinə ümid etdiyini bildirib: "Artıq səhhətimlə bağlı danışmaqdan yoruldum. İflic vəziyyətindəyəm. Mən məscid qapısı deyiləm ki, hamıya əl açım. Bir neçə il bundan əvvəl dövlətimiz mənə müalicə olunmaq üçün hər cür yardımı etmişdi. Dövlətimiz hətta yaşamaq üçün mənzil də bağışladı. Mən ölkəmizdən də, dövlət başçımızdan da çox razıyam. Dövlətə yenə sığınmağa utanıram. Amma yenə də kömək olsalar imtina etmərəm. Ümid edirəm ki, yenə də sağalıb öz işlərimi həyata keçirməyə nail olacam. Bu xəstəliyimdən sonra bəzi dost sandıqlarımın da iç üzü ortaya çıxdı. Onlarla bütün əlaqələrimi kəsmişəm. Amma bəzi sədaqətli dostlarım da var. Mənim yanımda olduqlarına görə hər birinə minnətdaram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB