Aşıq Telli Borçalının 20 Yanvar faciəsi günündə toyda iştirak etməsi mediada böyük səs-küy doğurub. Bu haqda SİA-ya Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru Musa Nəbioğlu məlumat verib: "Mən Qanlı 20 Yanvar günü kimsənin toy etməsinə inanmıram. Ancaq bu hadisə baş veribsə ən birinci elə toyu edən insanı qınamaq, daha sonra da həmin günü sözügedən məclisdə iştirak edən aşığı günahlandırıram. Damarında azərbaycanlı qanı axan şəxsin bu cür addım atmağı mənə inandırıcı gəlmir. Bizim özümüz də Telli xanımla əlaqə saxlayacağıq. Əgər bu öz təsdiqini tapsa hamı kimi yalnız qınayacağıq. Çünki bizim əlimizdən başqa heç nə gəlmir. Aşıqlara biz müəyyən maaş, aşıq adını vermirik ki, sonradan da hər hansı bir yanlışı olanda həmin addan məhrum olunsun. Düşünürəm ki, əgər yalnışları varsa bu işdə kanallar da müəyyən işlər görməli və ekranlardan uzaqlaşdırılmalıdırlar. O qədər xarici ölkələrdə Azərbaycanı fəxrlə təbliğ edən aşıqlarımız var. Məncə onları tanıtsaq daha yaxşı olar. Ümid edirəm ki, aşıq Telli ilə danışdıqdan sonra o bizə daha düzgün məlumat verəcək".
Qarşı tərəfdən də məlumat almaq üçün aşıq Telli Borçalı ilə əlaqə saxladıq. Sənətçi baş verənlərə münasibət bildirib: "Bu xəbərlərin hamısı yalnışdır. Sadəcə jurnalist mənə aşıq Namiq haqda sual verdi. Mən isə onunla danışmadığım üçün yalandan informasiya verdim ki, toydayam. Yəni mən dünən bütün günü evdə olmuşam. Bu cür hərəkət heç zaman mənə yaraşmaz"".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB