Tanınmış şair-publisist, rəssam Adil Mirseyidin növbəti ikinci fərdi sərgisi keçiriləcək. SİA-nın məlumatına görə, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi bu sənət tədbiri "satış-sərgi" janrında keçiriləcək və xeyriyyə xarakteri daşıyacaq. Belə ki, Adil Mirseyidin səhhətində uzun müddətdir davam edən problemlər onun uzunmüddətli ciddi müalicə almasını zəruri edib və bu səbəbdən "satış-sərgi"dən əldə ediləcək vəsait onun tədbirdə iştirak edən ailə üzvlərinə təhvil veriləcək ki, sənətçinin müalicəsi prosesinə bir dəstək olsun.
Nəzərinizə çatdıraq ki, işadamları, millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının, KİV-in nümayəndələrinin qatılacağı "satış-sərgi"yə bütün maraqlananlar dəvətlidir.
Qeyd edək ki, sərgi yanvarın 24-ü saat 19:00-da Azərbaycan Rəssamlar İttifaqının Art Qalereyasında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB