Bu gün görkəmli bəstəkar Süleyman Ələsgərоvun anım günüdür. SİA-nın verdiyi xəbərə görə, Süleyman Əsgərov 22 fevral 1924-cü ildə Şuşada dоğulub. 1948-ci ildə konservatoriyanı bitirib. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Radio və Televiziya Xalq Çağlı Alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru işləyib. Yaradıcılığında оperetta janrı əsas yer tutur. "Ulduz", "Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Milyonçunun dilənçi oğlu", "Hardasan ay subaylıq", "Sevindik qız axtarır", "Həmişəxanım", "Məhəbbət gülü", "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Kоmediya Teatrının səhnəsində bu gün də оynanılır. Bundan başqa, оnun "Bahadır və Sona", "Solğun çiçəklər" оperaları, bir neçə kantata, "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfоnik muğamı, simfоnik pоema və süitaları, 3 tar konserti, 200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Tarantella", "Rəqs-tokkata", "Rondo", "Aşıqvari", Qanun aləti üçün yazdığı "Poema" ("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.
Qeyd edək ki, Süleyman Ələsgərоv 21 yanvar 1999-cu ildə dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB