Bu günün tarixi

Miladi: 21 yanvar 2014
Hicri: 20 rəbiul əvvəl 1435

İlin 21-ci günü
İlin sonuna 344 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:45
Günəş – 07:59
Zöhr – 12:55
Əsr – 15:47
Məğrib – 17:59
İşa – 19:19

1775 — Rusiyada kəndli üsyanının rəhbəri Yemelyan Puqaçov edam edilib.

1793 — Fransız kralı XVI Lui qilyotinlə edam edilib.

1843 - Fransız mühəndis, ilk avtomobillərdən birinin konstruktoru Emil Levassor anadan olub.

1920 — Parisdə Versal Sülh Konfransı başa çatıb.

1924 - Azərbaycanlı bəstəkar Şəfiqə Axundova anadan olub.

1924 — Sovet lideri Vladimir Lenin vəfat edib.

1950 - Azərbaycanın Xalq Şairi Zəlimxan Yaqub anadan olub.

1968 — Göyərtəsində 4 hidrogen bombası olan amerikan hərbi təyyarəsi Qrenlandiya yaxınlığında qəzaya uğrayır. Bombalardan biri indiyədək tapılmayıb.

1976 - Müğənni Emma Banton anadan olub.

1976 — Səsdən sürətli mülki təyyarə "Concorde"un kommersiya uçuşları başlayıb.

1977 — İtaliyada aborta rəsmi icazə verilib.

1990 — Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirilib. Respublika rəhbərliyi sessiyada iştirak etməyiblər və onu "qeyri-qanuni yığıncaq" adlandırıblar. Sessiyada Bakıdan qoşunun çıxarılması və fövqəladə vəziyyət rejiminin ləğvi barədə qərarlar qəbul edilib. Lakin SSRİ rəhbərliyi buna məhəl qoymayıb.

1990 — Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində 20 Yanvar qətliamını pisləyib və hadisədə SSRİ rəhbərliyini, şəxsən Mixail Qorbaçovu ittiham edib.

1992 — Azərbaycan Respublikası İsveçrə ilə diplomatik əlaqə qurub.

1992 — Azərbaycan Respublikası Lixtenşteyn ilə diplomatik əlaqə qurub.

1998 — Roma papası II İohan Pavel ilk dəfə olaraq kommunist rejimli ölkəyə – Kubaya səfər edib.

1999 — Azərbaycan bəstəkarı Süleyman Ələsgərov vəfat edib.

2005 — İrlandiyada uzunluq vahidi kimi mil əvəzinə kilometrdən istifadə edilməyə başlanıb.

2006 — Kosovo prezidenti İbrahim Ruqova vəfat edib.

2008 — Azərbaycan müğənnisi Lütfiyar İmanov vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə